2020-ci ildə Azərbaycanda sosial təminat üzrə ödənişlərə 5 milyard 743 milyon manat yönəldilib, bu da 2019-cu ilin göstəricisindən 20% çoxdur. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bəyan edib.
“2020-ci ildə sosial təminat üzrə ödənişlər 2019-cu illə müqayisədə 20% və ya 1 milyard manat – 5 milyard 743 milyon manatadək artıb. O cümlədən, pensiyaların artımı 20%, prezident təqaüdü və müavinətlər – 18%, ünvanlı sosial yardım – 41% təşkil edib”, - Kərimov bu gün ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
Eyni zamanda, nazir əlavə edib ki, ötən il pensiyaların ödənişinə 4,5 milyard manat, ödəniş və müavinətlərin ödənilməsinə - 1 milyard 50 milyon manat, ünvanlı sosial yardıma – 216 milyon manat ayrılıb.
Kərimovun sözlərinə görə, ötən il indeksasiya hesabına pensiyaların artımı 16,6% təşkil edib. **
X.Nəsirzadə