2021-ci ildə Azərbaycanda dörd reabilitasiya və sosial xidmətlər mərkəzinin açılışı planlaşdırılır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bəyan edib.
“Yaxın aylarda Şaqan qəsəbəsində, o cümlədən Şəmkir, Qəbələ də Şamaxıda yeni müasir reabilitasiya və sosial xidmətlər mərkəzləri açılacaq”, - Kərimov bu gün ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
Kərimov, həmçinin qeyd edib ki, son iki il ərzində ölkənin 10-dan artıq regionunda reabilitasiya və sosial xidmətlər mərkəzləri yaradılıb.
O cümlədən, nazir müavini əlavə edib ki, bu il İkinci Qarabağ müharibəsində yaralanan hərbi qulluqçuların yüksək texnoloji protezlərlə təmin olunması proqramının genişləndirilməsi planlaşdırılır.
“Son bir ay ərzində veteranlara 530 reabilitasitya vasitəsi təqdim olunub, 6 veteran yüksək texnoloji protezlərlə təmin edilib, bu istiqamətdə işlər davam etdirilir”, - Kərimov bildirib. **
X.Nəsirzadə