2020-ci ildə Azərbaycandan qaz ixracı 13,396 milyard kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a SOCAR şirkətindən məlumat verilib.
“Operativ məlumatlara əsasən, 2020-ci il ərzində Azərbaycan təbii qazının ixracatı 2019-cu ilin göstəricisi ilə müqayisədə 16% artırılaraq, 13,396 milyard kubmetrəçatıb”, - şirkətdən məlumat verilir.
Bundan başqa, 2020-ci ildə Azərbaycanda daxili qaza tələbat 11 milyard 955,648 milyon kubmetr təşkil edib (artım 3,7% - İF).
SOCAR-ın məlumatına görə, ötən il Qaz Emalı Zavodunda 3 milyard 762,99 milyon kubmetrqaz emal edilib, bu da 2019-cu ilin göstəricisindən 17% çoxdur.
Xəbər verildiyi kimi, 2020-ci ildə Azərbaycanda qaz hasilatı 37 milyard 140,9 milyon kubmetr təşkil edib. **
N.Abbasova