2020-ci ildə Azərbaycanda neft ÜDM-in azalması 7% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ildə Azərbaycanda ÜDM- in azalması 4,3% təşkil edib, xüsusilə hesabat ilində qeyri-neft sektorunda azalma 2,6% təşkil edib.
Statistik məlumatlara əsasən, hesabat dövründə ÜDM-in 33,7%-i sənaye. 11,5%-i – ticarət, 6,9%-i – ASK, 7,1%-i – nəqliyyat, 7,7%-i – tikinti, 2%-i – informasiya və rabitə, qalanı digər sektorlarda istehsal olunub.
ÜDM-də vergilərin payı 9,7% təşkil edib. **
Ə.Məmmədov