RF və Ermənistan XİN başçıları Sergey Lavrov və Ara Ayvazyan yanvarın 11-də keçirlən Moskva sammitində əldə olunan razılıqların reallaşdırılmasını müzakirə ediblər. Bu barədə RF XİN-dən məlumat verilib.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının icrası, 11 yanvar 2021-ci il tarixində Moskva sammitində həmçinin humanitar məsələlərin həlli və regionda çoxtərəfli kooperasiyanın təşkili kontekstində əldə olunan razılıqların müzakirəsi davam etdirilib”, məlumatda deyilir.
XİN-dən əlavə olunub ki, o cümlədən, nazirlər ikitərəfli və beynəlxalq gündəliyin aktulal məsələlərinə toxunublar. **