2020-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 40,8 milyon manat ($1,2 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2020-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 2 milyard 40,8 milyon manat və ya 5,1% gəlir əldə edilib”, - deyə məlumatda bildirilir.
2019-cu illə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 12,5% azalıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 1,25 manat, “Super Euro-98” markalı benzinin 1 litri 1,4 manat, Aİ 92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.*
N.Abbasova