2020-ci ildə Azərbaycanda istehlakçılar ümumilikdə 748,9 milyon manat məbləğində (cari məzənnə ilə $440,5 milyon – İF) əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2020-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından gəlirlər 1,8% və ya 748,9 milyon manat təşkil edib”, - deyə məlumatda bildirilir.
2019-cu ilin göstəricisi ilə müqayisədə əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından əldə edilən gəlirlər 40,5% artıb.
Azərbaycan daxilində əczaçılıq məhsullarının satış həcminin artması koronavirus (COVID-19) infeksiyası ilə əlaqədardır.*
N.Abbasova