2020-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 2,8% - 8 milyard 962,793 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci ildə bankın kredit portfeli 9,9% - 2 milyard 609,1 milyon manata qədər, istehlak kreditləri 17,9% - 599,93 milyon manata qədər, biznes kreditləri 5,8% - 1 milyard 323,361 milyon manata qədər, daşınmaz əmlak krediti 11,5% - 685,809 milyon manata qədər artıb.
Hesabat ilinin sonuna bankın öhdəlikləri 7 milyard 636,19 milyon manata (azalma 3,1%) bərabərdir.
2020-ci il dekabrın 31-nə ABB-nin depozitlərinin həcmi 5 milyard 549,577 milyon manat (2019-cu il dekabrın 31-nə olan göstərici ilə müqayisədə azalma 1,5%), o cümlədən əhalinin əmanətləri 1 milyard 290,279 milyon manat (artım 8,6%) təşkil edib.
31 dekabr 2020-ci il tarixinə bankın kapitalı 1 milyard 326,602 milyon manat (azalma 1%) təşkil edib, nizamnamə kapitalı 1 milyard 224,478 milyon manata (dəyişməyib) bərabərdir.
ABB 2020-ci ili 129 milyon 391,15 min manat məbləğində xalis mənfəətlə başa vurub (2019-cu illə müqayisədə azalma 57,2%).
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur.*
Ə.Məmmədov