Prezident İlham Əliyev Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.
“Hörmətli cənab Prezident, Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
Xatırladaq ki, yanvarın 15-də Qərbi Sulavesi əyalətinin Mamucu şəhəri yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib. Nəticədə 96 nəfər ölüb, 70 minə yaxın sakin evlərini tərk edib.*
X.Nəsirzadə