Son 3 ildə Azərbaycanda əmək müqavilələrinin sayı 30% artıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
"2020-ci ildə əmək müqavilələrinin sayı 10%, özəl sektor üzrə əmək haqqı fondu 18% artıb. Son üç ildə əmək müqavilələrinin sayı artaraq 400 minə çatıb ki, bu da 30% artım deməkdir. Bununla yanaşı, 300 min müqavilə özəl sektora aiddir", - deyə S.Babayev Real TV-yə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda iş yerlərinin leqallaşdırılması siyasəti davam etdiriləcək.
"İş yerlərinin leqallaşdırılmasını bu il davam etdirmək lazımdır, çünki bu, kölgə vəsaitlərinin leqallaşdırılmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, işləyənlərin sosial təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq", - deyə o qeyd edib.*
X.Nəsirzadə