Azərbaycanda koronavirus infeksiyasına daha 305 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 227,696 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3032 nəfərə çatıb.
Virusa yoluxmuş 216,72 min nəfər (sutka ərzində +949) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 7 min 944 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 915, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 328,507 min test aparılıb.*
X.Nəsirzadə