“Kapital Bank” 2020-ci ildə aktivlərini 26,2% - 5 milyard 227,472 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2020-ci il tarixinə bankın kredit portfeli 2 milyard 175,951 milyon manata (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 19,5% - İF) bərabərdir. Eyni zamanda, 2020-ci ildə “Kapital Bank”ın istehlak kreditləşməsi üzrə portfeli 2,3% - 1 milyard 365,845 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 34,2% - 582,077 milyon manata qədər artıb.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 4 milyard 593,277 milyon manat (artım 23,5%) təşkil edir.
2021-ci ilin əvvəlinə bankın depozit portfeli 3 milyard 805,619 milyon manata (artım 17,6%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 67,406 milyon manata (artım 8,3%) bərabərdir.
2020-ci il dekabrın 31-nə bankın kapitalı 634,195 milyon manat (artım 49,2%), nizamnamə kapitalı 245,85 milyon manat (artım 8,9%) təşkil edir.
Hesabat ilində “Kapital Bank”ın xalis mənfəəti 302,698 milyon manat (2019-cu illə müqayisədə artım 2,2 dəfə) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).*
Ə.Məmmədov