Rusiya Fövqəladə Hallar Nazirliyi yanvarın 18-də Ağdam rayonunda ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana mütəxəssislər göndərib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Moskvadan “Lider” mərkəzinin pirotexnikləri və Noginsk xilasetmə mərkəzinin əməkdaşları göndərilib. Həmçinin pirotexnika işlərinin təhlükəsizliyini və səmərəliliyini təmin edəcək 2 ədəd texnika da çatdırılacaq”, - deyə məlumatda bildirilir.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Gəncəyə gəlmiş qrup, texnika və avadanlıqlar minatəmizləmə əməliyyatına cəlb olunması üçün nazirliyin Qarabağ Regional Mərkəzinə çatdırılıb.*