Azərbaycanda koronavirus infeksiyasına daha 332 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 228,028 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 044 nəfərə çatıb.
Virusa yoluxmuş 217,617 min nəfər (sutka ərzində +949) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 7 min 367 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 336,498 min test aparılıb.**