Rusiya, Türkiyə, İran və Gürcüstan Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi çərçivəsində yaradılacaq tranzit kommunikasiyalardan yararlana biləcək. Bu barədə RF TŞ-nin katibinin müavini Rəşid Nurqəliyev məlumat verib.
“Ermənistan və Azərbaycanın maraqlı çərçivəsində daşımaların təminatı məqsədilə prioritet qismində dəmir yolu və avtomobil əlaqəsinin bərpas təşkil olunub. Həmçinin qonşu ölkələr – Rusiya, İran, Türkiyə, Gürcüstan, beynəlxalq tranzitin inkişafı məqsədilə həmin kommunikasiyalardan yararlana biləcək”, - Nurqəliyev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu “Qarabağda köhnə münaqişənin hərtərəfli həlli üçün fundamental zəmin” yaradacaq.
Ekspertlərin rəyinə əsasən, Türkiyənin Qars şəhəri ilə Bakı arasında dəmir yolunun dəyəri $434 milyon təşkil edəcək. O cümlədən, Qarsdan Ermənistanın Gümrü şəhərinə və Ermənistanın İcəvan şəhərindən Bakıya dəmir yolu qolunun çəkilməsi imkanı nəzərdən keçirilir. **