2020-ci ilin payız aylarında Qarabağ müharbəsində 3500-ə yaxın hərbi qulluqçu həlak olub. Bu barədə Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan bəyan edib.
“İndiyədək döyüş meydanından həlak olanların 3439 cəsədi çıxarılıb. Onlardan 776 cəsəd hələlik identifikasiya olunmayıb. Həmçinin, itkin düşən şəxslər var”, - Avinyan çərşənbə günü Ermənisan parlamentində deputatların suallarına cavabında bildirib.
Onun sözlərinə görə, həlak olanların sayı 4 min nəfəri ötməyəcək. **