Ərazi itkisiz Qarabağ müharibəsini dayandırmaq mümkün deyildi. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Az ərazi itkiləri ilə müharibəni dayandırmağın bir imkanı belə yox idi”, - Paşinyan çərşənbə günü Ermənistan parlamentində deputatların suallarına cavabında bildirib.
Onun sözlərinə görə, danışıqlar prosesinin davam etdiyi müddət ərzində Azərbaycana ərazilərin qaytarılmamasını nəzərdə tutan heç bir variant olmayıb. **