Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağın statusunun müzakirəsi ATƏT-in Minsk qrupu çərçivəsində aparılmalıdır .
“Mən Qarabağa dair mövqeyimizi səsləndirdim. Statusun müəyyənləşdirilməsi - ən vacib məsələlərdən biridir. Və müzakirə ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilməlidir. Şadam ki, həmsədr ölkələr bununla həmfikirdir. Rusiya XİN bşaçısının son bəyanatı da bu kontekstdə idi”, - Paşinyan çərşənbə günü Ermənistan parlamentində bildirib. **