Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkmənistana səfərə gedib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana birgünlük səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq", - deyə Abdullayeva "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.*
X.Nəsirzadə