“Azərlotereya” ASC 2020-ci il maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə müvafiq audit yoxlanılmasının aparılması ilə bağlı kotirovka sorğusu elan edib. Bu barədə ASC-nin məlumatında deyilir.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər26 yanvar 2021-ci il saat 10:00-dək qəbul olunur.
“Azərlotereya” ASC Azərbaycan Prezidentinin 23 noyabr 2001-ci il tarixli fərmanı ilə yaradılıb. Təsisçisi İqtisadi İnkişaf Nazirliyidir. “Azərlotereya” ölkənin lotereya bazarında inhisarçıdır. Prezident İlham Əliyev 2021-ci il yanvarın 16-da ““Azərlotereya” ASC-nin Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsi haqqında” sərəncam imzalayıb.*
Ə.Məmmədov