2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 26 milyon 43,5 min ton neft ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 8,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $7 milyard 703 milyon 317,7 min (azalma 41,3%) təşkil edib.
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 12 milyard 343,7 milyon kubmetr (artım 13,2%) qaz ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $2 milyard 529 milyon 536,3 min (artım 10,1%) təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan $14 milyard 447 milyon 114 min məbləğində 31 milyon 238 min ton neft, $2 milyard 569 milyon 583,3 min məbləğində 12 milyard 210,2 milyon kubmetr qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac edilir.*
N.Abbasova