2020-ci ildə Azərbaycan əhalisinin nominal pul gəlirləri 55 milyard 726,1 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 1,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,8% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 2,5% - 5 min 587,6 manatadək azalıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 50 milyard 689,6 milyon manat qalır ki, bu da 2019-cu ilin göstəricisindən 2,9% azdır.
2019-cu ildə əhalinin nominal pul gəlirləri 7,4% artıb.*
Ə.Məmmədov