2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 327 min ton mineral gübrə idxal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $94 milyon 645,2 min (azalma 12,5%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $4 milyon 283,3 min dəyərində (azalma 41,9%) 25 min 827,2 ton (azalma 21,6%) sement və sement klinkeri idxal edilib.
Hesabat dövründə respublikaya $34 milyon 952,7 min dəyərində (azalma 33,3%) 33 min 445,8 ton (azalma 26,3%) polietilen idxal edilib.
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana $211 milyon 811,3 min dəyərində 289,9 min ton metalyayma məhsulu (azalma 8,1%), $94 milyon 491,4 min dəyərində 177,5 min ton qara metaldan hazırlanan çubuqlar (artım 46,3%), $25 milyon 871,8 min dəyərində 34 min 372,6 ton qara metaldan hazırlanan günyə (azalma 8,9%), $217 milyon 263,7 min dəyərində (azalma 21,8%) 138,3 min ton qara metaldan hazırlanan boru (azalma 7,7%) idxal edilib.*
B.Rüstəmbəyov