Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev tezliklə Azərbaycanda, Səudiyyə Ərəbistanında və daha bir sıra ölkələrdə kombinə edilmiş "Sputnik V" və "AstraZeneka" vaksininin kliniki sınaqlarının başlanılacağını bildirib.
"Hesab edirik ki, çox tezliklə Azərbaycanda, Səudiyyə Ərəbistanında və bir sıra digər ölkələrdə kliniki sınaqlar (kombinə edilmiş "Sputnik V” və “AstraZeneka" vaksininin) keçiriləcək", - deyə Dmitriyev bu gün mətbuat konfransında qeyd edib.*