Qarabağ müharibəsində 2858 hərbçimiz həlak olub. Bu barədə Hərbi Prokurorluğun məlumatında deyilir.
“Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilərək həlak olmuş 2858 nəfərin şəxsiyyəti tam müəyyənləşdirilib”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov