2020-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı 2019-cu ilin göstəricisi ilə müqayisədə 3,6% - 3 milyard 100,7 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ildə 1 milyon 166,7 min ton avtomobil benzini (artım 0,5%), 375 min ton neft bitumu (artım 44,2%) istehsal edilib.
Hesabat ilində 2 milyon 68,6 min ton dizel yanacağı (azalma 0,6%), 161,9 min ton birbaşa qovulan benzin (azalma 39,3%), 502,2 min ton təyyarə yanacağı (azalma 24,7%), 61,5 min ton soba mazutu (azalma 51,4%), 25,4 min ton sürtkü yağı (azalma 28,7%), 197 min ton neft koksu (azalma 17,4%) istehsal edilib.
2021-ci il yanvarın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 85,2 min ton avtomobil benzini, 51,2 min ton təyyarə yanacağı, 98,1 min ton dizel yanacağı, 14,7 min ton soba mazutu, 6,7 min ton sürtkü yağı, 19,7 min ton neft bitumu, 37,3 min ton neft koksu ehtiyatı olub.
Hazırda Azərbaycanda bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.*
N.Abbasova