Ermənistan və Rusiya müdafiə nazirləri Vaqarşak Arutyunyan və Sergey Şoyqu yanvarın 20-də telefon danışığı zamanı Dağlıq Qarabağda əməliyyat şəraitini müzakirə ediblər. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bu gün yaydığı məlumatda deyilir.
"Arutyunyan və Şoyqu müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, Dağlıq Qarabağda əməliyyat şəraitini, əsir və girovların qaytarılması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı məsələləri müzakirə ediblər", - deyə nazirlikdən bildiriblər.*