“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin strukturu) Ağdam rayonunun Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisinə 400 min manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, bu məqsədlə «ARAS Group» MMC ilə müvafiq müqavilə bağlanıb. Müqavilənin dəyəri 402,207 min manatdır.
Xəbər verildiyi kimi, AQTA 2020-ci ildə modul tipli heyvan kəsimi məntəqələrinin yaradılması üzrə pilot layihə həyata keçirəcək. Bu məntəqələrdə heyvan kəsimi pulsuz olacaq.
39 rayonda 40 belə məntəqənin yaradılması nəzərdə tutulur. Bu pilot layihə ilə AQTA-nın nəzdində “Süfrə” MMC məşğul olacaq.*
B.Rüstəmbəyov