«PWC-Azerbaijan» MMC “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxsin (MİDA) 2020-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirəcək.
www.tender.gov.azsaytında dərc olunmuş məlumata görə, «PWC-Azerbaijan» MİDA tərəfindən elan edilən kotirovka sorğusunun qalibi olub.
Tərəflər arasında 29,5 min manat dəyərində müvafiq müqavilə imzalanıb. **
Ə.Məmmədov