“SOCAR Methanol” MMC 2020-ci ildə 476,6 min ton metanol istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2020-ci il ərzində “SOCAR Methanol” 476,6 min ton metanol istehsal edib, bu da 2019-cu ilin göstəricisindən 24,4% çoxdur. Həmçinin, 2021-ci il yanvarın 1-nə müəssisənin anbarında 4,2 min ton hazır məhsul olub”, - DSK-dan məlumat verilib.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata alıb.**
N.Abbasova