Fevralın 1-dən Azərbaycanda ibtidai siniflərdə əyani tədris qismən bərpa olunur. Bu barədə təhsil naziri Emin Əmrullayev bəyan edib.
“Ümumi epidemioloji vəziyyətdən çıxış edərək, 2021-ci il fevralın 1-dən orta məktəblərdə ibtidai siniflərdə tədrsin qismən bərpasına dair qərar qəbul olunub”, - Əmrullayev cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iri şəhər və rayonlarda məktəbərdə ibtidai siniflərdə əyani tədris həftədə 3 dəfə, kənd yerlərində - həftədə 4 və ya 5 dəfə həyata keçiriləcək.
Nazir qeyd edib ki, bu tədris forması fevralın 14-dək qüvvədədir. “Gələcək addınlarımız epidemioloji vəziyyətdən asılı olacaq”, - o əlavə edib.
Əmrullayev bildirib ki, Azərbaycanda məktəblərdə əyani tədris 2020-ci il sentyabrən 28-dən etibarən Qarabağda müharibə başlanandan və koronavirusa yoluxma halları artdıqdan sonra dayandırılıb.
Nazir vurğulayıb ki, 2021-ci il fevralın 1-dən həmçinin məktəbəqədər qruplarda əyani tədris bərpa olunur.
Əmrullayevin sözlərinə görə, 5-9-cü sinif şagirdləri üçün əyani tədrisin fevralın 15-dən bərpa edilməsi nəzərdə tutulur. “Lakin bu həmçinin epidemioloji vəziyyət və Bakı metropolitenin nə zaman fəaliyyətini bərpa edəcəyindən asılı olacaq”, - o əlavə edib. **
X.Nəsirzadə