2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana kondisioner idxalı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 32,9% - 138,3 min ədədə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $34 milyon 484,3 min məbləğində (azalma 30%) qiymətləndirilir.
Yanvar-noyabr aylarında Azərbaycana $113 milyon 51,5 min dəyərində (artım 49,7%) 615 min ədəd (artım 17,1%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 7,3% - 155,9 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $30 milyon 907,8 min (azalma 12,8%) təşkil edir.**
B.Rüstəmbəyov