Azərbaycanda 2020-2021-ci tədris illərində məktəb şagirdləri arasında 15 minə yaxın COVİD-19 koronavirusa yoluxma halı qeydə alınıb. Bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev bəyan edib.
“Sentyabrın 15-dən etibarən 14,758 min şagird koronavirusa yoluxub. 1-4-cü siniflərdə yoluxanların sayı 2,246 min nəfər təşkil edib, bu da şagirdlərin ümumi sayının 15%-dir, 5-9 siniflərdə 4,411 min nəfər, 10-11-ci siniflərdə - 7,525 min nəfər, bu da 51% təşkil edir”, - Ağayev cümə günü mətbuat konfransında bildirib.
Eyni zamanda, o qeyd edib ki, məktəblərin personalı arasında 7,09 min yoluxma halı qeydə alınıb.
Ağayev əlavə edib ki, Azərbaycanda yaşı 50-dən yuxarı olan müəllimlərin sayı 50,214 min nəfərdir. Yaxın zamanda onların vaksinasiyası nəzərdə tutulur. **
X.Nəsirzadə