Türkiyə və Azərbaycanın fevralda birgə hərbi təlimlər keçirilməsi planları regionda sülh niyyətinə dair həmin ölkələrin rəhbərlərinin bəyanatlarına ziddir. Bu barədə cümə günü Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bəyan edib.
“Türkiyə-Azərbaycan rəhbərlərinin bəyanatları hərəkətlərilə əsaslanmır, əksinə bir-birinə ziddir. Ermənistan sərhədləri yaxınlığnda ATƏT-in öhdəliklərinin pozulması ilə keçiriləcək Türkiyə-Azərbaycan təlimləri Türkiyə-Azərbaycan rəhbərlərinin Ermənistan barəsində sülh niyyətli olduqlarından xəbər vermir”, - Ermənistan XİN-in cümə günü yaydığı Naqdalyanın şərhində deyilir.
Naqdalyanın sözlərinə görə, Türkiyə və Azərbaycan tərəfindən Ermənistan barəsində düşməncəsinə hərəkətlərinin dayandırılması regionda etimadın formalaşmasına şərait yarada bilər. **