2020-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən 1,5 min tona yaxın narkotik vasitə, prixotrop maddə və onların prekursorları dövriyyədən çıxarılıb. Bu barədə DGK-nın sədri Səfər Mehdiyev bəyan edib.
“Ötən il narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsi ilə balı 111 fakt müəyyən edilib. Ümumilikdə, ötən il ərzində 1 ton 490 kq 495 qramdan artıq narkotik vasitə, prixotrop maddə və onların prekursorları dövriyyədən çıxarılıb”, - Mehdiyev özünün Twitter hesabında yazıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
DGK-nın sədri əlavə edib ki, “2020-ci ildə Azərbaycanın gömrük orqanlarının həyata keçirdiyi axtarış əməliyyatları və hüquq-mühafizə fəaliyyəti nəticəsində 18,913 min qanun pozuntusu faktı müəyyən olunub”.
Mehdiyev qeyd edib ki, 2020-ci ildə gömrük orqanları tərəfindən dövlət büdcəsinə ayrımalar üzrə proqnoz 2,83% artıq icra olunub.
Xəbər verildiyi kimi, Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ildə dövlət büdcəsinə 3 milyard 938 milyon 242,2 min manat məbləğində vergi və rüsum köçürüb.2020-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 milyard 830 milyon manat təşkil edib.
2019-cu ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 4 milyard 408 milyon 624,84 min manat təşkil edib. Beləliklə, 2020-ci ildə dövlət büdcəsinə köçürmələr 10,7% azalıb. **
Ə.Məmmədov