Azərbaycanda koronavirus infeksiyasına daha 280 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 228,526 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 064 nəfərə çatıb.
Virusa yoluxmuş 219,019 min nəfər (sutka ərzində +632) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 6 min 443 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 347,951 min test aparılıb.**
R.Əhmədov