Yanvarın 25-dən Rosselxoznadzor Azərbaycandan pomidor və alma idxalçılarının siyahısını genişləndirir. Pomidor idxalına 6 müəssisədən, alma idxalına – yeddi müəssisədən icazə var.
“Qərar AQTA tərəfindən həyata keçirilən fitosanitar monitorinqin və birgə video təftişlər zamanı seçilən nümunələrin fitosannitar karantin ekspertizasının nəticələrinə dair qəbul olunub”, - xidmətin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, məhsulları RF-ya idxalına icazə verilən müəssisələrin siyahısı xidmətin saytında dərc olunub.
Öncə Rosselxoznadzor məlumat verib ki, ümumilikdə 33 Azərbaycan müəssisəsinə pomidor tədarükünə icazə verilib. **