RF 2020-ci il iyulun 1-dən 202-ci il yanvarın 21-dək Azərbaycana1,2 milyon ton taxıl tədarük edib. Bu barədə Federal Gömrük Xidmətinə istinadən Kənd Təsərrüfatı Nazirliyi nəzdində Aqroanalitika Mərkəzi məlumat verib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, bütövükdə, bu dövrdə Rusiya ixracının 4%-i Azərbaycana ixracın payına düşüb. Azərbaycan Rusiyadan taxıl alıcılarının TOP-5-ə daxildir.
2020-ci il iyulun 1-dən 202-ci il yanvarın 21-dək RF ümumilikdə 31,479 milyon ton taxıl ixrac edib, bu da bil il əvvələ olan göstəricidən 20,2% çoxdur.
Rusiya taxılı Misir (5,8 milyon ton, bütün ixracın 18%-i), Türkiyə (5,4 milyon ton, 17%), Səudiyyə Ərəbistanı (2,1 milyon ton, 7%), Banqladeş (1,4 milyon ton, 5%), Azərbaycana (1,2 milyon ton, 4%) daha fəal ixrac olunub. **
A.Hüseynova