S&P Global Ratings Beynəlxalq reytinq agentliyi 2021-2024-cü illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 3,4% səviyyəsində proqnozlaşdırır.
Agentliyin saytında dərc olunan proqnoza əsasən, 2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,1%, 2022-ci ildə - 5,7%, 2023-cü ildə - 3,7%, 2024-cü ildə - 2,2% təşkil edəcək.
2021-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi $45 milyard səviyyəsində, 2022-ci ildə – $48 milyard səviyyəsində, 2023-cü ildə – $51 milyard səviyyəsində, 2024-cü ildə - $54 milyard səviyyəsində proqnozlaşdırılır.
Agentliyin qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19-a görə 5% təşkil edib.
“2020-ci ildə ÜDM-in kəskin azalmasından sonra, hansını ki, təxminən 5% səviyyəsində qiymətləndirilir, 2021-ci ildən etiarən iqtisadi fəallığın tədricən bərpa olunacağını gözləyirik. 2021-ci ildə ÜDM-in təqribən 2,1% və 2022-2024-cü illərdə orta hesabla 3,9% artacağını proqnozlaşdırırıq. Artım karbohidrogen ixracının bərpası, maliyyə təkanları hesabına daxili tələbatın bərpası və Qarabağın bərpasına dövlət investisiyaların artması hesabına dəstəklənəcək. Pandemiyanın müddətinin qeyri-müəyyənliyi və onun Azərbaycan iqtisadiyyatına təsiri səbəbindən proqnozlarımızın pisləşməsi riskləri qalmaqdadır”, - agentlik qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
S&P 2021-ci ildə Azərbayucan iqtisadiyyatına investisiyaların real artımını 2,1% səviyyəsində, 2022-2023-cü illərdə - hər bir il 2% səviyyəsində, 2024-cü ildə - 1,5% səviyyəsində proqnozlaşdırır.
Agentliyin qiymətləndirmələrinə görə, 2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 0,4%-ni təşkil edəcək, 2022-ci ildə profisit ÜDM-in 2,5%-dək, 2023-cü ildə - ÜDM-in 4,5%-dək, 2024-cü ildə - ÜDM-in 4,4%-dək artacaq.
2021-ci ildə agentlik Azərbaycanın xarici ticartində profisiti ÜDM-in 9,6%-i səviyyəsində, 2022-ci ildə - ÜDM-in 11,6%-i səviyyəsində, 2023-ci ildə - ÜDM-in 13,6%-i səviyyəsində, 2024-cü ildə - ÜDM-in 13,5%-i səviyyəsində gözləyir.
S&P 2021-ci ildə Azərbacanda inflyasiyanı 2,7% səviyyəsində gözləyir, 2022-ci ildə inflyasiya 2,9%-dək sürətlənəcək, 2023-cü ildə - 2,6%-dək azalacaq, 2024-cü ildə - 2,7%-dək sürətlənəcək.
Agentliyin proqnozlarına əsasən, ortamüddətli dövrdə Azərbaycanda işsizliyin səviyyəsi azalacaq. Xüsusilə, 2021-ci ildə onun səviyyəsi 5,7%, 2022-ci ildə - 5%, 2023-cü ildə - 4,9%, 2024-cü ildə - 4,7% təşkil edəcək.
S&P gözləyir ki, Dağlıq Qarabağda müharibəyə son qoyan Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan razılaşma bütövlükdə qorunacaq.
Agentliyin proqnozlarına görə, 2021-2022-ci illərdə Brent markalı bir barrel neftin qiyməti $50, 2023-cü ildə - $55 (2020-ci ildə – təxminən $41).
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə koronavirus pandemiyası və “OPEC+”un yeni sazişi çərçivəsində neft hasilatının azalması fonunda ÜDM-in azalması 4,3% təşkil edib. **
A.Əzizov