Azərbaycan prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.
Prezientin müvafiq fərmanı şənbə günü dövlət başçısının saytında dərc olunub.
Fərmanın preambulasında qeyd olunduğu kimi, bu qərar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korporativ idarəetmə sisteminin və biznes modelinin təkmilləşdirilməsi yolu ilə onun beynəlxalq mühitdə rəqabətədavamlılığı, orta və uzunmüddətli perspektivdə maliyyə dayanıqlığı, idarəetmənin, habelə sərmayələrin effektivliyinin və aktivlərinin dəyərinin əhəmiyyətli dərəcədə artırılması məqsədilə qəbul olunub.
Fərmana əsasən,Müşahidə Şurası Azərbaycan prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir.
Həmçinin, İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub. **
N.Abbasova