Azərbaycanda koronavirus infeksiyasına daha 287 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 228,975 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 082 nəfərə çatıb.
Virusa yoluxmuş 220,292 min nəfər (sutka ərzində +568) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 5 min 601 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 079, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 361,552 min test aparılıb.**
X.Nəsirzadə