Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) yanvarın 25-dən Azərbaycanın pomidor və alma ixrac edən müəssisələrinin siyahısını genişləndirir. 6 müəssisədən pomidor, 7 müəssisədən isə alma idxalına icazə verilib.
“Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən fitosanitar monitorinqin nəticələrinə dair alınan informasiyanın təhlili, eləcə də birgə videoinspeksiya zamanı seçilmiş nümunələrin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib”, - deyə məlumatda bildirilir.
RF-yə pomidor və alma ixrac etməyə icazə verilən müəssisələrin siyahısı “Rosselxoznadzor”un saytında dərc olunub.*