“Rosselxoznadzor” və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanvarın 26-da Rusiyaya pomidor ixracı məsələləri ilə bağlı danışıqlar aparacaq. Bu barədə “Rosselxoznadzor”un məlumatında deyilir.
"Yanvarın 26-da “Rosselxoznadzor”un təşəbbüsü ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə danışıqlar aparılacaq. Tərəflər Azərbaycandan Rusiyaya pomidor tədarükü ilə bağlı vəziyyəti müzakirə edəcəklər", - deyə məlumatda bildirilir.
Hazırda Azərbaycanın 33 müəssisəsindən RF-yə pomidor idxalına icazə verilib.*