"Azərpoçt" MMC avtomobil nəqliyyatı vasitələrinin satın alınmasına təxminən 160 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, bu məqsədlə "Azərpoçt" "Diamond Motors" MMC ilə 3 ədəd Pikap tipli nəqliyyat vasitəsinin satın alınması haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 156 min manatdır.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdud lisenziya verib.*
N.Abbasova