2020-ci il ərzində Azərbaycan ərazisində baş vermiş 1,587 min yol-nəqliyyat hadisəsinəticəsində 696 nəfər həlak olub. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
“2020-ci ildə respublika ərazisində baş vermiş 1,587 min yol-nəqliyyat hadisəsinəticəsində 696 nəfər həlak olub, 1,41 min nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2019-cu ildə 1,87 min hadisə qeydə alınıb, 821 nəfər həlak olub (2019-cu illə müqayisədə 2020-ci ildə azalma 15,2%), 1,702 min nəfər xəsarət alıb (artım 20,6%)”, - deyə məlumatda bildirilir.
Ötən il hadisələrin 41,8%-i (664 hadisə) piyadaların vurulması faktları ilə bağlı olub.
“Hadisələrin növləri içərisində piyadanı vurmaq (664 - 41,8%) və toqquşma (529 - 33%) üstünlük təşkil edir. Həlak olan 696 nəfərdən 320-i piyada, 194-ü sürücü, 158-i sərnişin, 20-si velosipedçi olub”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə