“Premium Bank” ASC 2020-ci ildə aktivlərini 1,7% - 653,299 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2020-ci il tarixinə bankın kredit portfeli 570,103 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4%) təşkil edib.
Hesabat dövrünün sonuna “Premium Bank”ın öhdəlikləri 472,793 milyon manata (azalma 8,1%) bərabərdir.
2020-ci ilin sonuna bankda depozitlər 431,118 milyon manat (azalma 8,4%), o cümlədən əhalinin əmanətləri 319,523 milyon manat (azalma 13,6%) təşkil edib.
2020-ci il dekabrın 31-nə bankın nizamnamə kapitalı 154,601 milyon manata (artım 47,8%), kapitalı 180,506 milyon manata (artım 41,1%) bərabərdir.
2020-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 3,964 milyon manat (2019-cu ilin göstəricisi ilə müqayisədə azalma 55,3%) təşkil edib.
“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.*
Ə.Məmmədov