Tehran Azərbaycan Prezidentinin təklif etdiyi “3+3” regional əməkdaşlıq platformasını müzakirə etməyə hazırdır. Dövlət başçısının saytında verilən məlumata görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Zərif bu gün Bakıda Prezident İlham Əliyevlə danışıqlar zamanı bəyan edib ki, “3+3” əməkdaşlıq platformasına cəlb olunmuş bütün region ölkələrini ziyarət etməyi planlaşdırır.
“Səfər çərçivəsində Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”, - deyə o bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il dekabrın 10-da Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlığın genişləndirilməsi üçün “altılı platforma”nın yaradılmasını təklif edib.*
R.Əhmədov