2021-ci il yanvarın 25-də Bakıda Rusiya-İnformasiya Mədəniyyət Mərkəzinin meydançasında “İnterfaks-Azərbaycan” İnformasya agentliyi və RİMM rəhəbərliyi arasında görüş baş tutub. “Rossotrudniçestvo”nun Azərbaycan Respublikasındakı rəhbəri İrek Zinnurov və “İnterfaks-Azərbaycan” İnformasya agentliyinin baş direktoru Anar Əzizov kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Məlum olduğu kimi, agentlik Rus dili və ədəbiyyat üzrə Respublika Olimpiadası və RİMM-nin digər miqyaslı tədbirlərinin keçirilməsi zamanı informasiya tərəfdaşı qismində çıxış edir.
Tərəflər Rusiya biznesinin humanitar müşayiətinə yönələn layihələrin birgə reallaşdırılması, işgüzar dairələrin məşhur nümayəndələrinin həmin layihələrdə iştiraka cəlb edilməsi, həmçinin korporativ sosial məsuliyyətin inkişafının iformasiya dəstəyinə maraq ifadə ediblər.