Azərbaycan MDB ölkələri arasında beynəlxalq ehtiyatlarla daha çox təmin olunan ölkələrdən biri olaraq qalır. Rusiyanın “Qazprombank”ın analitikləri belə hesab edirlər.
“2020-ci ilin yekunları üzrə pandemiya şəraitində ARDNF-nin aktivləri 0,6% artıb, baxmayaraq ki, avqustun ortalarında dövlətbüdcəsinə transfertlər 7,5% - 12,2 milyard manatadək artıb ($7,2 milyard). Beləliklə, xarici böhran təzahürlərinə baxmayaraq, Azərbaycan MDB ölkələri arasında beynəlxalq ehtiyatlarla daha çox təmin olunan ölkələrdən biri olaraq qalır. 2020-ci ilin yekunları üzrə Azərbaycanın ümumi qızıl-valyuta ehtiyatları $50 milyard təşkil edib və 58 ay müddətinə idxalın ödəilməsini təmin edərək, ÜDM-in 120%-nə yaxınlaşıb”, - “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi QPB-nin “Bazarların naviqatoru” icmalında qeyd olunur.
QPB-də qeyd olunur ki, beynəlxalq ehtiyatların yüksək çatışması təkrar xarici, həmçinin neft şoklarının meydana gəlməsi zamanı Azərbaycan manatının sabit məzənəsini dəstəkləmək üçün şəraiti təmin edir.
QPB-nin analitiklərinin qiymətləndirmələrinə görə, 2020-ci ildə ARDNF-nin aktivlərinin qorunmasına AMB və Azərbaycan hökumətinin kommunikasiya siyasəti şərait yaradıb, hansı ki, mart ayında pandemiyanın ilkin mərhələsində ev təsərrüfatlarının xarici valyutaya tələbatının artımını normallaşdıra bilib, bundan sonra əhalinin devalvasiya gözləntiləri ilin qalan dövründə özünü doğrultmadı.
“Bundan başqa, karbodhidrogen bazarında bərpaolunma trendi və klinik sınaqların müsbət nəticələri və COVİD-19-a qarşı vaksinasiyaya başlanması ilə əlaqədar nikbinlik aktivlərin qorunmasına imkan yaradıb”, - icmalda qeyd olunur. **
Ə.Məmmədov