Qarabağda reallaşdırılması planlaşdırılan miqyaslı infrastruktur layihələr 2021-ci ildə Azərbaycanda iqtisadiyyatın artımı üçün təkanverici güclərdən biri olacaq. Rusiyanın “Qazprombank”ın analitikləri belə hesab edirlər.
“Biz qeyd etmişik ki, S&P Global Ratings Beynəlxalq reytinq agentliyi tərəfiondən Azərbaycanın “BB+” reytinqinin təsdiq edilməsinə qorunan makroiqtisadi sabitlik və ortamüddətli perspektivdə Azərbaycan manatının cari məzənnəsinin dəstələnməsi üçün kifayət həcmdə beynəlxalq ehtiyatların yüksək səviyyəsi imkan yaradacaq”, - “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi QPB-nin “Bazarların naviqatoru” icmalında qeyd olunur.
Həmçinin, QPB-nin analitikləri hesab edirlər ki, S&P-nin proqnozu təkrar nəzərdən keçirilməsi qərarına Dağlıq Qarabağda vəziyyətin nizamlanması imkan yaradır. Nizamlanmanın yekunları üzrə isə bu regionda miqyaslı infrastruktur layihələrin həyata keçirilməsi planlaşdırılır.
“Əldə olunan razılıqlar və onların riayət olunması xarici likvid mövqe və Azərbaycan iqtisadiyyatının artımı üçün riskləri minimuma endirdi, hansılar ki, uzanan münaqişə halında meydana gələ bilərdi. Həmçinin, bu layihələr 2021-ci ildə Azərbaycanda iqtisadiyyatın artımı üçün təkanlardan biridir. Həqiqətən, S&P “sabit” proqnozunun əsas qaytarılması amili qismində tərəflərin ötən il noyabrın 10-da bəyanat imzaladıqdan sonra atəşkəs rejimini qeyd edib. Bununla əlaqədar agentlik milli valyuta üçün risklərin və Azərbaycanda makroiqtisadi sabitliyin zəifləməsini qeyd edir. Bundan başqa, S&P Azərbaycan iqtisadiyyatının xarici şoklara dayanıqlığını təmin edən güclü fiskal və xarici balansları müsbət dəyərləndirib”, - hesabatda deyilir.
“Bununla əlaqədar, Azərbaycanın suveren avroistiqrazlarınaolan proqnozun “mənfi”dən “sabit”ə baxılmasından müsbət nəticə gözləyirik”, - hesabatda deyilir. **
Ə.Məmmədov